İngilis Dilində Onlayn Korrektə və Redaktə Xidmətləri

proofreading a paper with a red pen

get English proofreading and editing button

Səhvsiz ingilis dili istəyirsiniz?

ProofreadingServices.com bu işdə sizə yardımçı ola bilər. Biz ingilis dilində onlayn korrektə və redaktə üzrə dünyanın aparıcı xidmətiyik və 90-dan çox ölkədə elm xadimləri, şirkətlər və müəlliflərlə əməkdaşlıq edirik. İngilis dilində akademik səviyyədə korrektə, işgüzar korrektə, ədəbi əlyazmaların korrektəsi və hətta ingilis dilində redaktəyə ehtiyacınız olarsa, peşəkar korrektorlarımız bu işi sizin əvəzinizə görəcək.

[İngilis dilində korrektə qiymətlərimizlə maraqlanırsınız? Ödənişsiz istək göndərin.]

Yazılarınızın keyfiyyəti sizin peşəkar və ya akademik mühitdə necə qarşılanmanıza təsir edir. İngilis dilində sənədlərin düzgün yazılması öz sahənizdə tutduğunuz mövqeyi möhkəmləndirəcək. Peşəkar ingilisdilli korrektorlarımız qrammatik, orfoqrafik, format, söz seçimi, cümlə quruluşu və s. ilə bağlı səhvlərinizi tapacaq. Biz ingilis dilində yazdıqlarınızı elə korrektə edəcəyik ki, yazı işiniz layiq olduğu qiyməti alacaq.

İngilis dilində korrektə və redaktə xidmətlərimiz sizin işinizə yarayırmı?

Təsəvvür edin ki, ingilis dilində məqalə yazmağa saatlarla vaxt sərf etmisiniz və onu aparıcı akademik jurnallardan birinə təqdim etmək istəyirsiniz. Akademik həmkarlarınızın yanında pərt olmamaq üçün ingilis dilinizin düzgün olmasını istəyirsiniz. Deadline yaxınlaşır – müddət 48 saatdan sonra bitəcək. Təcili olaraq köməyə ehtiyacınız var.

Bu vəziyyətin necə stress yaratdığını yaxşı bilirik. Biz yardım üçün buradayıq. Buna görə də xidmətlərimizin mümkün qədər rahat və sürətli olması üçün əlimizdən gələni etmişik. Sənədiniz bir neçə gün ərzində hazır vəziyyətdə əlinizdə olmalıdır? Problem yoxdur. Bir neçə saata? Bunu da edə bilərik!

Sənədinizi bizə göndərin və rahat nəfəs alın. Gerisi bizlikdir.

[Korrektə və redaktə sifarişini buradan edin.]

Qeyd: Biz həmçinin tərcümə xidmətləri də təklif edirik. Tərcümə xidmətlərini burada sifariş verə bilərsiniz.

İngilisdilli korrektə komandamızın peşəkarlığı hansı səviyyədədir?

Bizim peşəkar korrektor və redaktorlarımız peşəkar yazı, redaktə və korrektə işində təcrübəyə malik olan ingilis dili daşıyıcılarıdır. Onların əksəriyyəti təqaüdə çıxmış ingilis dili və təbiət elmləri üzrə professorlardır, aparıcı akademik jurnallara məqalələr təqdim etməkdə böyük təcrübəyə malikdirlər. Komandamızın hər bir üzvü çoxsaylı çətin korrektə və redaktə testlərindən keçib. Biz ingilis dilində korrektə işi üçün müraciət edən hər 300 nəfərdən birini işə götürürük – Harvard Universitetindən daha seçici və tələbkarıq. Korrektorlarımız gördükləri işi yüksək səviyyədə həyata keçirir və sizin ingilis dilində yazdıqlarınızı necə korrektə edəcəklərini çox gözəl bilirlər.

İngilis dilində korrektəyə dair ödənişsiz nümunə istəyirsiniz?

Amerika Birləşmiş Ştatlarında yerləşən baş ofisimizdən minlərlə kilometr uzaqda ola biləcəyinizi və ödənişli sifariş verməzdən əvvəl işimizdən bir nümunə görmək istəyəcəyinizi anlayırıq. Korrektorlarımızın sizin yazınızı necə mükəmməlləşdirə biləcəyini görmək üçün ödənişsiz nümunə əldə edin:

[Ödənişsiz korrektə nümunəsi əldə et.]

Qeyd: Vebsaytımızın qalan hissəsi ingilis dilindədir. Biz ingilisdilli korrektorlarıq axı!

İngilisdilli korrektor və redaktorlarımızla işə başlamağa hazırsınız?

[İngilis dilində redaktə sifarişi ver.]